Tanınmış
şokolad ustasından eksklüziv
dərslər
5-6 sentyabr tarixində Bakıdakı Muzey Mərkəzinin binasında tanınmış şokolad ustası Nikolay Popov tərəfindən eksklüziv ustad dərsi təşkil olunacaq. Müəllif şokolad möcüzələri yaradaraq ustad dərsi seriyaları təqdim edəcək. Muzey arzu edənləri ustad dərslərində iştiraka dəvət edir.
İştirakçılar şokoladdan hazırlanan əl işlərinin müəllifi olacaq, şokolad və marzipanla işləməyin qaydalarını öyrənəcək. Hər bir iştirakçı öz əli ilə unikal şokolad - marzipan açıqçalar düzəldə və özü ilə götürə biləcək.
Qeyd edək ki,
dünya ölkələrinin 40-dan
artıq şəhərində qonaq olan məşhur "Nikolya"
şokolad muzeyi
mayın 16-dan Bakıdadır. Muzeyin sərgisi
müxtəlif yaş və statuslu tamaşaçıları cəlb edir. Dünya turu zamanı 5 il ərzində
sərgini 500 mindən artıq tamaşaçı ziyarət edib. Hər bir ziyarətçi
üçün şokoladın pulsuz dequstasiyası təşkil olunub.
Mədəniyyət.- 2015.- 19
avqust.- S. 16.