Misir Mədəniyyət Mərkəzi və Azərbaycan Yaradıcılıq Fondu əməkdaşlıq edəcək

 

Bakıdakı Misir Mədəniyyət Mərkəzində Azərbaycan Yaradıcılıq Fondunun nümayəndələri ilə görüş keçirilib.

Mərkəzin müdiri Əhməd Sami əl-Aydi qonaqlara qurumun fəaliyyəti və Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlıq haqqında məlumat verib.

Yaradıcılıq Fondu aparatının rəhbəri Qismət Rüstəmov dəvətə görə Misir Mədəniyyət Mərkəzinin müdirinə təşəkkürünü bildirib.

Görüşdə iki qurum arasında əməkdaşlığa və bəzi müştərək tədbirlərin keçirilməsinə dair təkliflər irəli sürülüb. Bu təkliflərdən biri yaxın vaxtlarda Misirdən bir yazıçı-şairin Azərbaycana dəvət olunaraq yaradıcılıq gecəsinin keçirilməsi olub. Misir Mədəniyyət Mərkəzində Azərbaycan gənc yazıçıları ilə görüş keçirilməsi, Misirdən musiqiçilərin Azərbaycana, Azərbaycandan isə Misirə göndərilməsinə dair müzakirələr aparılıb.

 

Mehparə

 

Mədəniyyət.- 2015.- 19 avqust.- S. 15.