Görkəmli bəstəkarın yubileyi qeyd olunub

 

Kürdəmir rayon Mərkəzi kitabxanasının oxu zalında görkəmli bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi İslam Bağırov, MKS-nin direktor müavini İradə Mahmudova, N.Nərimanov adına rayon Mədəniyyət evinin bədii rəhbəri Humay Məmmədova çıxış ediblər.

Qeyd olunub ki, bəstəkarın muğam xəzinəsi ilə səciyyələnən yaradıcılığı müasir Azərbaycan musiqi sənətinin parlaq səhifələrindən birini təşkil edir. Onun müxtəlif janrlı əsərlərində həmişə zamanın nəbzi duyulub. Opera, simfoniya, simfonik poema, oratoriyamusiqili komediyaları müəllifə böyük şöhrət gətirib. Bəstəkar həm də populyar mahnıların müəllifidir.

Tədbir boyunca Vasif Adıgözəlovun mahnıları səsləndirilib.

 

Mədəniyyət.- 2015.- 19 avqust.- S. 14.