Xalqın sənət XANı

 

Ecazkar səs, təkrarsız avaz, gilə zəngulələr, nəhəng xırdalamalar kanı...

 

Bəli, fəxri və rəsmi “Xalq artisti” adının ən əsil, ən halal, ən seçkin daşıyıcılarından olan bu xanəndə həm də xalqın ürəyinin, qəlbinin sənət Xanı idi. O, tək elə səs-avazca deyil, oturuş-duruş, yar-yaraşıq, kübar-salğarca da Xan oğlu Xan idi. Deməli, ötən əsrin əvvəlində Ağdamın Novruzlu kəndindəki toylardan birində oxuduğu bir muğama görə onu - yeniyetmə İsfəndiyarı “Xan” adlandırmış məşhur İran xanəndəsi yanılmayıbmış...

 

Bunu əlli-altmış il sonrakı bir olay da təsdiq edəcəkmiş. Belə ki, altmışıncı illərin axırlarında Bakı kəndlərindən birində “səsi alınmış” köhnə bir bəy can üstə ikən nəvələrindən birinə deyir, haçan ki gördün vəziyyətim yenə xərəbləşir, Xanın valındakı həmin yeri səsləndir. Nəvə isə mızıldanır ki, ay baba, axı Xan əmi orda ancaq “ölürəm-ölürəm” deyir! Birdən sən də... Baba bir kişmişi gülüb, nəvəsinin başına sığal çəkir: “Eybi yox, igidim. Birincisi, tez-tez dediyim məsələ; “bu dünya bir pəncərədir, - hər gələn baxar, gedər.” İkincisi, bu kişi “ölürəm-ölürəm” dedikcə, mən dirilirəm”...

Belə... Səsi adından, adı səsindən ötə kişi haqda xatirələr, deyimlər hədd-hüdudsuz.

 

Amma...

 

Ötən-keçən dəfələr - bu xan sənətkarımızın ad günlərində onun haqqında çox yazmışam, özü də dəstgahlar gen-bolluğunda. Bu dəfə isə, deyəsən, bir mahnı xronometrajında olacaq...

Bu “mahnı”nın “nəqarat”ı olaraq deyim ki, o qədər ciddi, qırım-durumlu bir kişi haqda fikirləşəndə “qeyri-ciddi” düşünüb-daşınmaya, lirik tona düşməyə bilmirsən. Məsələn, necə deməyəsən ki, kinolentlərdə onun üzünü görürsən - qırımından sənət rəngli, zinət görklü qan damır bu “zalım” xanın! Avazından “aman-aman!” fəryadlanır, “ey dad-ey dad” dadlanır...

Deyirəm, Xan da şuşalıların hər iki-üçündən biri kimi doğulmuşdu; yəni səs-avazla. Ancaq hələ o çağlaracan eşidilməmişindən. Deyirlər, anası qonum-qonşuya danışarmış ki, bu uşağın ağlamağı oxumağa oxşayır; mən ona layla demək əvəzinə, o məni yuxuladır...

Bir azdan bu uşaq həmin o qonum-qonşuları, sonra Şuşanı, daha sonra küll-Qarabağı, Azərbaycanı, İranı-Turanı oyadacaqdı öz ifalarıyla. Yeri gəlmişkən, Azərbaycanın ifaçılıq sənəti aləmində barmaqla sayılacaq qədər xanəndə və müğənnilər var ki, onlara sadəcə “ifaçı” deməyə adamın dili gəlmir. Nədən ki, bu ifadə çox solğun səslənir, “icraçı”, “missiyaçı”, üzünüköçürənçi kimi assosiasiya olunur. Tutalım, necə yəni: “Heyratı”, ifa edir Xan Şuşinski”?! Əvvəla, onsuz da adı transformasiyaya uğramış bu muğam (Herat şəhərilə bağlı) heç olmasa “Heyrəti” kimi təqdim edilsəydi, bunun qaynar, çılğın notları ilə daha mütənasib səsləşərdi. İkincisi, bəyəm Xan onu sadəcə ifa edir? Xeyr, Xan bütün oxumalarında yanır!..

Di gəl ki, fağır diktorlar, konferansyelər də neyləsinlər ki, bununifa edir”dən başqa ifadə (təqdim) formatı yoxdur. Amma bəs Xan kimilər neyləsinlər ki, oxuyarkən yanıb-yaxılma prosesini ehtiva etdirdikləri halda, “ifa” etdirilirlər? Bəs (bir mahnısında dediyi kimi) “neyləməli?” Heç nə, təqdimatçılar dildə “ifa edir...” deyirkən, biz onu ürəyimizdə belə əks-sədalamalı: “Cəh-cəh edir: Bülbül”, “Bəh-bəh edir: Seyid”, “Car çəkir: Cabbar”, “Alovlanır: Rəşid”, “Qan-qan edir: Xan”!..

bütün bunların əsasını təşkil edən bir xəyali-mənəvi varlıq -

 

Sənətkarlıq!

 

Hə, buyur, Xan əmi! Şahların, padşahların nəfəsini içinə çəkdirən Xaqan aləmi! “Mirzə Hüseyn segahı”ndan başla. Asta-asta dəbər, usta-usta gəziş, gürşad-gürşad getbu bir saat-para saat ərzində min illərin ictimai hüznü, sənət ahı, qeylü-qal hicri, qaymaqlı-ballı vüsalı, ilahiinsani sevgi-məhəbbəti haqda aləmlər ərz et!..

“Dəraməd” şöbəsində niyə belə duruxursan, ustad? Bəlkə bu məqamda Füzuli babanın “Ey mələksima, səndən özgə hamı heyrandır sana, Həqq bilir, “insan” söyləməz - hər kəs ki insandır - sanabeytinin dinləyiciyə çatıb-çatmaması istixarəsindəsən? Yox, narahat olmadan işində ol; axı, söz hamı üçün yox, hamı söz üçündür...

Sənət suyuna susamışıq, ustad, bizi bir sərçeşməyə rast elə. “Rast”ı xırdala. Elə arbala ki, təblərlə zəngin bu muğamın bütün məqamlarını alıb-anlamağa huş-guş paramız çatsın. Üşşaq”danəraq”a keçərkən bir an nəfəs dər, babam! Yoxsa, sənət şərabından dəmlənib, “Yəni kim, bir dəm bəladən etmə cüda mənidənizində qərq olarıq...

Bir şahənşah sənət nazına da qol qoy - “Şahnaz”ı nazla. Elə qəmzeyi-avazla ki, “Əql tədbiridir ol, sanma ki, bir bünyadı varhəqiqətiqəmzən kimi ustadı varelanının yanındayalanolsun. Necə ki, “Gər dersə Füzuli kigözəllərdə vəfa varsözüyalandır”. Sonra da - bəlkə elə bu sözlərin qüdrətindən şəlalələnən səsinin lam axarındaistedad”ın sevgiyaradıcılığı”na da dəxli olması möcüzəsini ahəstəcə-ahəstəcə bəyan et: “Məndə Məcnundan füzun aşiqlik istedadı var”...

Bir az daBayatı-Şiraz”danmayə”lə. Comərd təbli, dörd gahlıÇahargah”a keç, səs-sədası seyrəngah Kişi! İmam övladı Seyid Əzimin bəzmi-rəmzi ilə xitab et: “Siz ki huşyar idiz, ol məhi-tuba kim idi?..

KeçMahur”a, ustaca-ustaca kəlami-ənam bərəkətləri üyüt: “Xaqani nədir, gəlsənə, ey gözləri şəhla, Xəlqaniyə xaqan sən olarsan”.

Qarabağ şikəstəsi”?! Nolar, oxu. Amma nəzərə al ki, bu xəyali ifan bir vaxtlar MoskvanıBöyük Teatrtimsalında ayağa durdurduğun kimi təsir verməyəcək (bu vaxtlar Qarabağ şikəstliyinə bir əncam üçün onlara çatası bir səs-səda yox...). Belədə əlac qalırŞur”lamağa - o yurd ağrı-acılarımızı bütöv Vətən ovqatının mayesində ağılayaraq; yəni, Qarabağ arzularımızı dabəlkə bir gün oyandırdı muğam”...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2015.- 19 avqust.- S. 13.