Milli Kitabxanada
iranlı qonaqlarla görüş
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri və Urmiya İncəsənət İdarəsinin rəhbəri Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olublar.
Milli Kitabxananın direktoru Kərim Tahirov qonaqlara xalqlarımızın oxşar mədəniyyətə, adət-ənənəyə sahib olmasından söz açıb.
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi iki ölkənin mövcud siyasi, iqtisadi, mədəni əlaqələrindən danışıb. Azərbaycan Milli Kitabxanası ilə əlaqələrin bundan sonra daha da genişlənəcəyini bildirən qonaq mütəmadi olaraq azərbaycanlı şair və yazıçıların əsərlərinin fars dilinə tərcümə olunduğunu vurğulayıb.
Kərim Tahirov fürsətdən
istifadə edərək İran İslam Respublikası Milli
Kitabxanasının və Təbriz Milli
Kitabxanasının direktorlarını sentyabrda
Bakıda keçiriləcək IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına dəvət edib. Sonda
qarşılıqlı hədiyyələr təqdim olunub.
Mədəniyyət.- 2015.- 19
avqust.- S. 13.