120 yaşlı sərkərdə

 

Avqustun 10-da Yevlax şəhər MKS-nin təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin rayon ərazisindəki N saylı hərbi hissəsində mahir sərkərdə, general Cəmşid Naxçıvanskinin (1895-1938) anadan olmasının 120 illiyi ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə hərbi hissənin komandiri Füzuli Umarov açıb. MKS-nin direktoru Vüsalə Məmmədova, direktor müavini Tofiq Həsənov C.Naxçıvanskinin həyatı, hərb tariximizdə rolundan danışıblar. Mərkəzi kitabxananın işçisi Ceyhun Rzayevin sərhədçilərlə bağlı çıxışı tədbir iştirakçılarında xoş ovqat yaradıb. Sonda tədbir iştirakçıları C.Naxçıvanskinin həyat və fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.

 

Mədəniyyət.- 2015.- 19 avqust.- S. 10.