Goranboy rayonunun yubileyi qeyd edilib
Avqustun 7-də Goranboy rayonunun yaradılmasının 85 illik yubileyi ilə əlaqədar rayondakı Heydər Əliyev Mərkəzində konfrans keçirilib. Bildirilib ki, rayon Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 8 avqust 1930-cu il tarixli qərarı ilə yaradılıb.
İcra Hakimiyyətinin
başçısı Nizaməddin Quliyev
əlamətdar gün münasibətilə
tədbir iştirakçılarına xoş
arzularını çatdırıb, rayonun
qabaqcıl şəxslərinə, əmək veteranlarına
fəxri fərmanlar təqdim edib. Yubiley tədbiri maraqlı konsert
proqramı ilə başa çatıb.
Mədəniyyət.- 2015.- 19
avqust.- S. 10.