Azərbaycanda Koreya kinosu festivalı başa çatdı
Festivalın son mərhələsi Qəbələdə gerçəkləşib
Xəbər verdiyimiz kimi, Azərbaycan Mədəniyyət
Fondu, Azərbaycan-Koreya
Mədəniyyət Mübadiləsi
Assosiasiyası (SEBA), Koreya
Fondunun təşkilatçılığı
və Koreya Respublikasının ölkəmizdəki
səfirliyinin dəstəyi
ilə iyulun 6-dan avqustun 15-dək respublikamızın
regionlarında Koreya kinosu festivalı keçirilib.
Festivalın son mərhələsi Qəbələ
rayonunda gerçəkləşib.
Avqustun 15-də Qəbələ
şəhərindəki Heydər
Əliyev Konqres Mərkəzində festivalın
rəsmi bağlanış
mərasimi olub. Mərasimdə
Qəbələ Rayon İcra
Hakimiyyətinin başçısı
Səbuhi Abdullayev,
SEBA Assosiasiyasının sədri
Ruhəngiz Heydərova
çıxış edərək
Koreya kinosu festivalının müvəffəqiyyətlə
başa çatması
münasibətilə təbriklərini
çatdırıb, tədbirin
əhəmiyyətindən danışıblar.
Məlumat verilib ki, ölkəmizin 5 regionunda
- Gəncə, Lənkəran,
Sumqayıt, Ağdaş
və Qəbələdə
Koreya filmləri göstərilib. Festivalda fəlsəfi, psixoloji,
ictimai-siyasi əhəmiyyətinə
görə xüsusi dəyərə malik 10 Koreya filmi nümayiş
etdirilib. Bütün filmlər
SEBA-nın dəstəyi
ilə Azərbaycan dilinə dublyaj olunub. Festival Azərbaycan tamaşaçılarına
Koreya mədəniyyəti
və insanları ilə daha yaxından
tanışlıq imkanı
yaradıb. Ümumilikdə filmləri 21 minə yaxın tamaşaçı
izləyib.
SEBA Assosiasiyasının sədri Ruhəngiz Heydərova qeyd edib ki, festivalın
bağlanış mərasiminin
Qəbələdə keçirilməsi
təsadüfi deyil. Azərbaycanın
qədim mədəniyyət
paytaxtı Qəbələ
artıq mötəbər
beynəlxalq toplantılara,
mədəniyyət tədbirlərinə,
musiqi festivallarına,
sərgi və konfranslara, eyni zamanda idman yarışlarına
uğurla ev
sahibliyi edir. “Mədəniyyət millətin,
xalqın vizit kartıdır”, - deyən
Ruhəngiz Heydərova
ulu öndər Heydər Əliyevin mədəniyyətimizin, incəsənətimizin,
eləcə də kino sənətinin qorunması və inkişafındakı tarixi
xidmətlərini minnətdarlıqla
xatırladıb. Vurğulanıb ki, Prezident İlham
Əliyevin mədəniyyətə
diqqət və qayğısı sayəsində
milli kinomuz da inkişaf edir.
SEBA Assosiasiyasının sədri
Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət
Fondunun prezidenti, UNESCO
və İSESCO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin
dünyada təbliğində
xidmətlərindən də
danışıb, ölkəmizdə
“Koreya kinosu festivalı”nın yüksək
səviyyədə reallaşmasına
göstərdiyi dəstəyə
görə ona minnətdarlığını bildirib. O, həmçinin
Koreya Fonduna və Koreya Respublikasının ölkəmizdəki
səfirliyinə göstərdikləri
dəstəyə görə
təşəkkür edib.
Tədbirdə Xalq artisti, Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının
sədri Şəfiqə
Məmmədova, Əməkdar
incəsənət xadimi,
kinorejissor Ayaz Salayev çıxış
edərək, kino mədəniyyətinin inkişafı
və təbliği üçün bu cür festivalların keçirilməsinin vacibliyindən
danışıblar.
Koreya Respublikasının
Azərbaycandakı səfiri
Çoi Suk-İn çıxışında iki
ölkənin milli mənəvi dəyərlərindən
bəhs edib, son illər qarşılıqlı
əlaqələrin inkişaf
etdiyini vurğulayıb.
Milli Məclisin
deputatı, Respublika Ağsaqqallar Şurasının
sədri Fəttah Heydərov festivalı mühüm mədəniyyət
hadisəsi kimi dəyərləndirib. O deyib ki, bu festivalda
nümayiş etdirilən
bir-birindən maraqlı
filmlər Azərbaycan
tamaşaçısına Koreya xalqının tarixi, mədəniyyəti,
adət-ənənələri ilə tanışlıq imkanı qazandırıb.
Çıxışlardan sonra koreyalı rejissor Lee Hyun-jong-un 2013-cü ildə çəkdiyi “Məni həbs et” filmi
nümayiş etdirilib.
Festivalın sonunda tədbir iştirakçılarına təşkilatçılar
tərəfindən hədiyyələr,
eyni zamanda Koreya Fondu tərəfindən
Koreyanın mədəniyyətini
və tarixini özündə əks etdirən videodisklər təqdim olunub.
Mərasimdə fövqəladə hallar
naziri, general-polkovnik Kəmaləddin Heydərov,
Mədəniyyət və
Turizm Nazirliyinin nümayəndələri, tanınmış
mədəniyyət, ədəbiyyat
və kino xadimləri iştirak ediblər.
Mədəniyyət.- 2015.- 19
avqust.- S. 6.