Londonun məşhur caz klubunda Azərbaycan gecəsi

 

İsfar Sarabskinin çıxışı alqışlarla qarşılanıb

 

Londonun “Ronnie Scott’s” caz klubu Avropanın ən məşhur klublarından biridir. 1959-cu ildə məşhur britaniyalı saksofonçu cazmen Roni Scots tərəfindən yaradılmış bu klub dünyanın aparıcı caz ifaçılarının üzünə açıqdır. Bu günlərdə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkil etdiyi konsertdə caz sənəti pərəstişkarlarından ibarət auditoriya azərbaycanlı pianoçu cazmen İsfar Sarabskinin ifasını dinləmək imkanı qazandı.

Ritmik hissəyə keçməzdən əvvəl çıxışınıDejavuəsərinə incə, rapsodiya tərzli girişlə başlayan cazmen daha sonra rus bəstəkarı Pyotr ÇaykovskininQu gölüəsərindən parçalardan ibarət variasiyalarına düşüncəli mistik giriş etdi. İfaçının çevik barmaqları qeyri-mümkün sürətdə rəqs edən qu quşları təsəvvürünü canlandırırdı.

İntrospektiv “Prelude” kompozisiyası isə həyəcanlı auditoriyanı tam sükut içində saxlamağa imkan yaradırdı. Daha sonra İsfar kompozisiyanı şən tempə keçirir səhnəni innovativ inandırıcı solo ifa edən barabançı Korri Dikə verir.

“Edge” kompozisiyası İsfarın muğam təsiri altında yaranmış harmoniyalarını kəşf edir. O, hipnotik ritmdən istifadə edir onun caz, klassik milli Azərbaycan musiqisinin təsirindən formalaşmış unikal üslubda ifasını nümayiş etdirir.

Caz gecəsi İsfarın ən məşhur kompozisiyalarından biri “G Man” adlı əsərin ifası ilə başa çatdı. Cazsevərlərin coşqulu reaksiyası İsfarın bu kluba yenidən qayıdacağı barədə heç bir şübhə qoymadı.

 

Mədəniyyət.- 2015.- 19 avqust.- S. 3.