Ağac parçası gözəl əsərə
çevriləndə
Qəbələ
təkcə təbii mənzərələri ilə deyil, eyni zamanda
xalq sənəti nümunələri ilə
turistlərin və qonaqların diqqətini cəlb edir.
Rayonun Vəndam qəsəbəsinin sakini, ağac üzərində möcüzə yaradan Şahin Rəhimovun əsərləri görənləri heyrətə salır. Usta sənətinin sirlərini yaxınlarına da öyrədir. O, deyir: "Maraqlı sənətdir, cavanların bilməsi vacibdir. Bu sənət həm də ömürlük qazanc mənbəyidir. Qoy nəsildən-nəslə keçsin, itməsin".
Şahin Rəhimov əlinə düşən yararsız qoz və şabalıd ağacından qiymətli bir əşya düzəldir. Bu, suvenir, məişət əşyası, milli atribut və ya hansısa şirkətin loqosu ola bilər. Ustanın ağac üzərində oyma üsulla yaratdığı qartal, stol, qlobus, mücrü, nərd, güldan, Azərbaycanın xəritəsi, kitab, minarə və yüzlərlə bu cür suvenir göz oxşayır.
1995-ci ildən bu sənətlə
məşğul olan Şahin
Rəhimov müxtəlif mükafatlara layiq görülüb. Respublikada
keçirilən xalq sənətkarlığı
sərgilərinin demək olar ki, hamısında onun əl
işləri nümayiş etdirilir. Şahin usta hazırladığı fiqurları turistlərə
satmaq üçün
Bakı-Qəbələ-Şəki avtomobil
yolunun kənarında, Vəndam qəsəbəsindəki
evinin qarşısında kiçik
bir dükan açıb. Hazırladığı
bütün əşyaların onun üçün əziz
olduğunu, bəzilərini hətta satmağa əli gəlmədiyini deyir.
Mədəniyyət.-
2015.- 21 avqust.- S. 11.