Bakı turistlərin
üz tutduqları ən populyar
şəhərlər sırasında
Azərbaycan paytaxtı MDB məkanında xarici turistlərin avqust ayında istirahət üçün üz tutduqları ən populyar şəhərlərin onluğunda yer alıb.
Bakı ilə yanaşı, siyahıda Minsk, Tbilisi, Almatı, Kiyev, Astana, Bişkek, Kişineu və Daşkəndin də adı var. Bu barədə informasiya Rusiyanın travel.ru saytında verilib. Sayt bu ölkənin "Oktogo.ru" onlayn hotel sifarişi xidməti bu ilin avqustunda turist firmalarının köməyi olmadan istirahətə gedən turistlərin hotel sifarişi məlumatlarına əsaslanır.
Məlumata görə, səyahət üçün ən büdcəli şəhər
Bişkek, ən bahalı şəhər
isə Bakıdır. Avqustda ən qənaətli
istiqamət Gürcüstan, ən
bahalı istiqamət isə Qazaxıstan və Azərbaycandır.
Mədəniyyət.- 2015.- 21
avqust.- S. 9.