“Gəncə -
dünəndən bu günə”
2016-cı ilin Avropa Gənclər Paytaxtı seçilən şəhərə daha çox turistin gələcəyi gözlənilir
Məlum olduğu kimi, Gəncə
şəhəri 2016-cı il üçün Avropa Gənclər
Paytaxtı elan edilib. Bununla bağlı şəhərdə bir sıra layihələrin icrasına
başlanılıb.
Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərovun sözlərinə görə, layihələrə dəstək məqsədilə yaradılan könüllülər akademiyası Bakı, Gəncə və digər şəhər və rayonlardan 200 nəfərədək gənci öz ətrafında birləşdirir. Bu gənclərin üzərinə düşən vəzifələrin ətraflı izahı məqsədilə təlimlərə başlanılacaq. “Könüllüyəm mən” adlı ilk təlim “Gəncə Avropa Gənclər Paytaxtı” və “Odlar Yurdu” gənclər ictimai birlikləri tərəfindən reallaşdırılacaq. Avqustun 25-dən 30-dək davam edəcək təlimdə 50 könüllünün iştirakı nəzərdə tutulur.
Bu arada “Dünya Gəncləri Alyansı” İctimai Birliyi tərəfindən “Gəncə - dünəndən bu günə” adlı layihə təqdimatı keçirilib. Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşan layihə üzrə qədim tarixə malik Gəncə şəhəri haqqında videofilm hazırlanıb.
Azərbaycan, rus
və ingilis dillərində
hazırlanmış videofilmin
nümayişindən sonra layihənin məqsəd
və vəzifələri haqqında danışan “Dünya Gəncləri Alyansı” İctimai Birliyinin sədri
Türkan Sadıqova bildirib
ki, 2016-cı il Avropa Gənclər Paytaxtı seçilən
Gəncə bir sıra beynəlxalq
tədbirlərə ev sahibliyi
edəcək. Şəhərə Avropanın bir
çox ölkələrindən çoxlu sayda gənclərin
gəlməsi gözlənilir. Layihənin həyata
keçirilməsində əsas məqsəd avropalı gəncləri
Azərbaycanla, eləcə də qədim Gəncə ilə daha yaxından tanış etməkdən ibarətdir.
Mədəniyyət.- 2015.- 21
avqust.- S. 8.