Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Nyu-Yorkda elmi konfransda iştirak edib

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova 12-15 avqust tarixlərində ABŞ-ın Nyu-York şəhərində yerləşən Fordham Universitetində SözMusiqi Öyrənilməsi Assosiasiyasının təşkil etdiyi 10-cu beynəlxalq elmi konfransda iştirak edib.

 

O, beynəlxalq konfransdaRoman, qravüralar, kino, musiqi: Qara QarayevinDon Kixotsimfonik qravürlərinin adı üzərində düşünərkən” mövzusunda 45 dəqiqəlik çıxış edib.

SözMusiqi Öyrənilməsi Assosiasiyası 1997-ci ildə yaradılıb və 26 ölkədən üzvləri var. Alla Bayramova 2013-cü ildən bu təşkilatın Azərbaycandan olan yeganə üzvüdür.

Konfrans “Metropolitan Opera”da Fordham Universitetinin əsas binasında keçirilib. ABŞ-da səfərdə olan dahi bəstəkar Qara Qarayevin qızı Züleyxa xanım Qarayeva-Bağırova, onun həyat yoldaşı, dirijor Elşad Bağırov onların iki dostu da Alla Bayramovanın çıxışını izləməyə gəliblər.

Tədbirdə Fordham Universitetinin professoru Lorens Kramerə universitetin kitabxanasına Azərbaycan mədəniyyətini musiqisini təbliğ edən nəşrlər, o cümlədən, “Qara Qarayev: həyat yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarındakitabı CD-lər hədiyyə edilib.

Alla Bayramova Metropolitan İncəsənət Muzeyinin musiqi alətləri şöbəsinin dəvəti ilə muzeyi ziyarət edib, ekspozisiya otaqlarında olub. Şöbə müdiri Kennet Mur kurator Bredli Ströyçen-Şrerer ilə görüşdə fikir mübadiləsi aparılıb.

A.Bayramova ekspozisiyada nümayiş etdirilən Azərbaycan musiqi alətləri (saz, tar) haqqında amerikalı həmkarlarına ətraflı məlumat verib.

 

Mədəniyyət.- 2015.- 21 avqust.- S. 6.