Milli Kitabxanada
treninqlər başa çatıb
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının treninq mərkəzində "Region kitabxanalarında informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi" proqramı çərçivəsində keçirilən "ALİSA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21" treninqi başa çatıb.
Kitabxanadan bildirilib ki, bu münasibətlə təşkil olunan tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov regionlarda tətbiq ediləcək ALİSA proqramının və MARC 21 formatının öyrənilməsinin və iş vərdişlərinin mənimsənilməsinin zəruriliyindən danışıb. O, treninqlərin səmərəli olması üçün Milli Kitabxananın və “Ultra” şirkətinin əməkdaşlarının ciddi çalışdığını qeyd edərək, regionlardan treninqə qatılmış mütəxəssislərə yerlərdə dərhal işə başlamağı tövsiyə edib, onlara uğurlar arzulayıb.
Treninq çərçivəsində
dinləyicilər Milli Kitabxanada
yeni iş
üsulları, yeni xidmət növləri
ilə əyani tanış olublar. Sonda iştirakçılara sertifikatlar
təqdim edilib.
Mədəniyyət.- 2015.- 21
avqust.- S. 6.