San Sanıç dünyasını
dəyişib
Məşhur rus aktyoru, SSRİ Xalq artisti Lev Konstantinoviç Durov avqustun 20-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Aktyor avqustun 7-də ürəyindəki problemlə əlaqədar xəstəxanaya aparılmışdı və ona ağır pnevmoniya diaqnozu qoyulmuşdu.
Rusiyanın tanınmış sirk ustaları nəslindən olan Lev Durov 1931-ci il dekabrın 23-də Moskvada doğulub. 1967-ci ildən Moskva Dram Teatrında çalışmağa başlayıb. 200-dən çox filmə çəkilib. Aktyorun 1981-ci ildə “Azərbaycanfilm”də lentə alınan “Qorxma, mən səninləyəm” filmində yaratdığı San Sanıç obrazı onu bizim kinosevərlərin də yaddaşına həkk edib. 2013-cü ildə bu filmin davamı olaraq çəkilən “Qorxma, mən səninləyəm! 1919” filmində də artıq yaşa dolmuş aktyor yer almışdı.
Lev Durov
“Baharın on yeddi
anı”, “Qoca quldurlar”,
“Mən Moskvada addımlayıram”, “Piliqrim” kapitanı”, “Böyük
tənəffüs” və s. filmlərdə
yaddaqalan obrazlar
yaradıb.
Mədəniyyət.- 2015.- 21
avqust.- S. 6.