MDB məkanında
əməkdaşlıq sənədləri müzakirə olunub
Avqustun 19-da Belarusun paytaxtı Minskdə, Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsində qurumun Səlahiyyətli Daimi Nümayəndələri Şurasının növbəti iclası keçirilib. İclasda MDB-nin ali orqanlarının payızda keçiriləcək iclaslarının gündəliklərinin layihələri nəzərdən keçirilib.
MDB ölkələrinin Dövlət
Başçıları Şurasının 2015-ci il oktyabrın 16-da Astanada
keçiriləcək iclasında BMT-nin
yaradılmasının 70 illiyinə həsr edilmiş
sənədlərin layihələri müzakirə ediləcək.
Bundan əlavə,
dövlət başçıları miqrasiya
sahəsində əməkdaşlıq, mədəniyyət,
fövqəladə vəziyyətlərin
qarşısının alınması və onların nəticələrinin
aradan qaldırılması, sərhədlərin
qorunması, habelə hərbi sahədə
qarşılıqlı fəaliyyətin genişləndirilməsinə
dair məsələləri tənzimləyən
sənədlər qəbul edəcəklər.
Mədəniyyət.- 2015.- 21
avqust.- S. 3.