Coğrafiya, mədəniyyət və dünyanın gələcəyi

 

Moskva Dövlət Universitetində (MDU) “Coğrafiya, mədəniyyət və cəmiyyət dünyanın gələcəyi üçünmövzusunda regional konfrans keçirilir. Tədbirdə AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və direktorun elmi işlər üzrə müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə iştirak edirlər.

170 illiyini qeyd edən Rusiya Coğrafiya Cəmiyyəti, Beynəlxalq Coğrafiya İttifaqı, Moskva Dövlət UniversitetiRusiya Elmlər Akademiyası tərəfindən təşkil olunmuş konfransa 60 ölkədən 1500-dən artıq alim və mütəxəssis qatılıb.

Səmərəli müzakirələr, plenartematik mühazirələr, elmi ekskursiyalarla davam edən konfrans avqustun 21-də yekunlaşacaq.

Tədbir çərçivəsində Beynəlxalq Coğrafiya İttifaqının Ali Şurası akademik Ramiz Məmmədovun təqdimatından sonra 2017-ci ildə Bakıda 300-dən artıq xarici mütəxəssisin iştirakı ilə “Enerji coğrafiyası və tarazlı inkişafmövzusunda tematik beynəlxalq konfransın keçirilməsi barədə qərar qəbul olunub.

 

Mədəniyyət.- 2015.- 21 avqust.- S. 2.