Elektron kitabxana üzrə
daha bir treninq
Sentyabrın 17-də dövlət
və özəl təhsil müəssisələri
(universitetlər, məktəblər),
eləcə də digər müəssisələrin
kitabxana sahəsində
çalışan rəhbər
və işçiləri
üçün "Elektron
kitabxana idarəedilməsi"
mövzusunda təlim keçiriləcək.
Təlim
ALISA sistemi üzərindən
kitabxanaların elektron
idarəedilməsi, kitabxana
işinin asanlaşdırılması
və kitabxanaçı-oxucu
arasında iş prosesinin sadələşdirilməsi
ilə bağlı olacaq. İştirakçılara müasir kitabxana
işində zəruri
olan 3M qurğuları
barədə məlumatlar
veriləcək.
Kitabxanaçılar işin asanlaşdırılması, kitabxanalarda
yüksək texnologiyaların
tətbiqi, kitabxana idarəetməsində lazımi
sistemlərin tətbiqi,
elektron kitabxana, onlayn kitabxanaların qurulması, kitabxana sistemlərinin fərqləri
və s. barədə
faydalı məlumatlar
əldə edəcəklər.
Peşəkar mütəxəssislər tərəfindən keçiriləcək
treninqdə iştirak
pulsuzdur və iştirakçılara sertifikat
təqdim olunacaq.
İştirak etmək istəyənlər
aşağıdakı linkə
daxil olub qeydiyyatdan keçə bilər: seminar.ultra.az/alisa
Qeyd edək ki, Mədəniyyət
və Turizm Nazirliyinin
sisteminə daxil olan bir neçə paytaxt və
rayon-şəhər kitabxanalarında, Gəncə Heydər
Əliyev Mərkəzində və Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında sistemin
bir neçə komponenti
tətbiq edilib. ALISA (Automated Library Information
System of Azerbaijan) sistemi kompleks
bir layihə kimi Azərbaycanın kitabxana sistemini inkişaf etdirmək üçün yaradılıb. Sistem Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi əsasında "Ultra Technologies" şirkəti tərəfindən
hazırlanıb.
Mədəniyyət.- 2015.- 26 avqust.- S. 12.