Bakıda Meksika mədəniyyəti gecəsi keçirilib

 

Meksikanın Azərbaycandakı səfirliyinin və “VG Events Boutique” şirkətinin təşkilati dəstəyi ilə avqustun 22-də Bakıdakı “Cook Zone” restoranında “Mexico Party” adlı gecə keçirilib. Tədbir paytaxt sakinlərini və qonaqları Meksika mədəniyyəti və milli mətbəxi ilə tanış etmək məqsədi daşıyıb.

Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores tədbir iştirakçılarına təşəkkür edərək bildirib ki, iki ölkə arasında möhkəm dostluq və sıx mədəni əməkdaşlıq münasibətləri yaranıb. 2010-cu ildə Meksika milli mətbəxinin UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mənəvi irs siyahısına daxil edildiyini diqqətə çatdıran səfir qeyd edib ki, bu, birgə, qədim və canlı mədəniyyətin göstəricisidir: “Azərbaycan ictimaiyyətini zəngin Meksika mədəniyyəti və ləziz Meksika təamlarından dadmaq imkanını əldən verməməyə çağırırıq".

Tədbirdə qonaqlar üçün Meksika milli musiqisi və mahnıları səsləndirilib. Gecənin iştirakçıları Meksika mətbəxi nümunələrindən dadıblar, coşqun Latın Amerikası rəqslərinə tamaşa ediblər.

 

M.Sultanova

 

Mədəniyyət.- 2015.- 26 avqust.- S. 10.