Qədim şəhərdə ritm səsləri

 

Şəkidə “Nağara-2015” beynəlxalq zərb alətləri festivalı keçirilir

 

 

Avqustun 22-də Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki şəhərində növbəti beynəlxalq tədbir - “Nağara-2015” beynəlxalq zərb alətləri festivalı başlanıb.

 

Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və “Almus Prodiction” şirkətinin təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycan, Türkiyə, İran və Özbəkistandan məşhur ifaçılar iştirak edirlər. Festivalda ölkəmizi “Natiq ritmqrupu təmsil edir.

 

Azərbaycanda, eləcə də Qafqazda ilk dəfə olaraq reallaşan musiqi bayramı şəhərin mərkəzi meydanında nağaraçalanların yürüşü ilə başlayıb. Yüzədək nağara ifaçısı çal-çağırla M.F.Axundzadə prospekti ilə “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindəki Qala divarlarına doğru hərəkət edib. Əllərində iştirakçı ölkələrin bayraqlarını tutmuş gənclərin yol boyunca yürüş iştirakçılarına qoşulması tədbiri daha da rövnəqləndirib. Nağaraçalanların yürüşü qoruğun ərazisindəki Yay teatrında başa çatıb.

 

Burada festivalın təntənəli açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ilk dəfə keçirilən zərb alətləri festivalının qədim musiqi sənətimizi, eyni zamanda tariximizi qoruyub saxlamaq və təbliğ etmək məqsədi daşıdığını bildirib. Vurğulanıb ki, musiqi sənətimizdə zərb alətləri özünəməxsus yer tutur. Xalqımızın adət və ənənələrinin, toy-bayram şənliklərinin aparıcı çalğı alətlərindən biri də nağaradır. Azərbaycanın ən qədim insan məskənlərindən biri olan Qobustanda on-on iki min il əvvələ aidQaval daşı” adlanan böyük bir qaya parçası var. Belə güman edilir ki, həmin qaya parçası ulu əcdadlarımız tərəfindən zərb aləti kimi istifadə olunub. Bu daş indi də zərb alətlərinə xas keyfiyyətlərini saxlayır.

 

Bildirilib ki, festivalın Azərbaycanın qədim şəhərlərindən biri olan Şəkidə keçirilməsi təsadüfi deyil. Şəki bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib, bayramlar, ənənələr, festivallar şəhəri kimi tanınır. Belə festivalların keçirilməsi xalqımızın zəngin mədəniyyətinin, eləcə də Şəkinin turizm potensialının təbliği baxımından mühüm əhəmiyyətə malikdir.

 

Mərasimdə “Natiq ritmqrupunun rəhbəri, Əməkdar artist Natiq Şirinov çıxış edərək festivalın keçirilməsinə göstərdiyi dəstəyə görə təşkilatçılara minnətdarlığını bildirib.

 

Rəsmi hissədən sonra Özbəkistanın “Abbos”, İranın “Lian”, Türkiyənin “İstanbul Harem” və Azərbaycanın “Natiq ritm” qrupları tamaşaçılar qarşısında qısa konsert proqramı ilə çıxış ediblər. Kollektivlərin çıxışları tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.

 

* * *

 

Festival çərçivəsində avqustun 23-də axşam Özbəkistanın “Abbosqrupunun konserti olub. Yay teatrında keçirilən konsertdə tədbirə dəvət olunan qonaqlar, şəhər ictimaiyyətinin nümayəndələri və musiqisevərlər iştirak ediblər.

 

Konsertdən əvvəl məlumat verilib ki, “Abbosqrupu 1998-ci ildə Özbəkistanın Xalq artisti, milli zərb alətlərinin peşəkar ifaçısı Abbos Kasimov tərəfindən yaradılıb. Qrup ənənəvi musiqi alətləri olan karnay, surnay, doyranağara ifaçılarından ibarətdir. “Abbosbu alətləri estrada üslubunda ifa edən ilk musiqi qruplarından biridir. Qrup karnaysurnay alətlərində müxtəlif xalqların ritmlərini, musiqi kompozisiyalarını yüksək peşəkarlıqla ifa etməklə bütün dünyada məşhurlaşıb. Bu kompozisiyaların sırasına “Boney-M”, “Modern talkingkimi qrupların, həmçinin Maykl Ceksonun, Latın Amerikası, rus, qazax, qırğız və tacik ifaçılarının mahnıları daxildir.

 

Qrupun üzvləri bir sıra ölkələrində qastrol səfərlərində olublaröz ifaları ilə tamaşaçıları təəccübləndirməyi bacarıblar.

 

Abbosqrupunun üzvlərinin Şəki musiqisevərlərinə təqdim etdikləri şuxoynaq ritm-kompozisiyalardan ibarət konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

* * *

 

Festivalın üçüncü günü axşam Yay teatrında tamaşaçılara İranın “Lianfolklor musiqi qrupunun mahnı və ritm kompozisiyalarından ibarət rəngarəng konsert proqramı təqdim olunub.

 

Əvvəlcə tamaşaçılara qrupun fəaliyyəti və qazandığı uğurlar barədə məlumat verilib. Bildirilib ki, “Lianqrupu 1993-cü ildə Mohsen Şarifianın rəhbərliyi altında İranın Buşehr şəhərində fəaliyyətə başlayıb. “Lianbu gün İranın ən tanınmış folklor qruplarından biri hesab olunur. Kollektiv Fransa, Xorvatiya, İsveçrə, İtaliya, Bolqarıstan və digər ölkələrdə beynəlxalq festivallarda iştirak edib. Qrupney-anbanmusiqi alətində ən yaxşı ifaya görə 7 dəfə, ən yaxşı muğam ifasına görə 3 dəfə və zərb alətlərində ən yaxşı ifaya görə 3 dəfə yerli və beynəlxalq festivalların mükafatlarına layiq görülüb.

 

Lianmusiqi qrupunun təqdim etdiyi ruh oxşayan mahnılar, şən ritm kompozisiyaları, ayrı-ayrı musiqi alətlərində solo ifalar sürəkli alqış doğurub.

 

* * *

 

“Nağara-2015” festivalının proqramına maraqlı konsertlərlə yanaşı, iştirakçıların ustad dərsləri ilə də daxildir. Avqustun 23-də Şəkidəki “Yuxarı Karvansaraymehmanxana kompleksinin həyətində İranın “Lianfolklor qrupu musiqisevərlər üçün ustad dərsi keçib.

 

Tədbiri “Natiq ritmqrupunun rəhbəri, Əməkdar artist Natiq Şirinov açaraq ölkəmizdə ilk dəfə keçirilən beynəlxalq zərb alətləri festivalının milli musiqimizin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Sonra o, “Lianqrupu haqqında danışıb.

 

Ustad dərsi zamanı qrupun üzvləri tamaşaçılara ifa etdikləri musiqi alətləri və ritmlər barədə ətraflı məlumat veriblər. Musiqi qrupunun təqdim etdiyi kompozisiyalar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 

Avqustun 24-də “Yuxarı Karvansaray”ın həyətində Özbəkistanın “Abbosqrupunun rəhbəri Abbos Kasimov doyra (dəf) zərb alətindən ustad dərsi keçib.

 

Sonra qrupun rəhbəri tamaşaçılara doyra musiqi alətinin hazırlanması, ifa texnikası və ritmlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Özbəkistan milli musiqisində yüzə yaxın ritm növü var. Ustad dərs zamanı Abbos Kasimov ritm kompozisiyalarını nümayiş etdirməklə yanaşı, tamaşaçıların çoxsaylı suallarını da cavablandırıb.

 

“Nağara-2015” beynəlxalq zərb alətləri festivalı avqustun 26-da başa çatacaq.

 

Mədəniyyət.- 2015.- 26 avqust.- S. 8.