İnklüziv
turizmlə bağlı araşdırma aparılıb
“MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsi çərçivəsində Şamaxı, Ağsu, İsmayıllı rayonlarında 100-dək obyektdə araşdırmalar aparıb, 135 nəfər arasında sorğu keçirib.
Araşdırma Azərbaycanda yeni
sahə olan inklüziv
turizm üzrə ciddi
maarifləndirməyə ehtiyac olduğunu göstərib. Bu
istiqamətdə addım olaraq Azərbaycanda
inklüziv turizm infrastrukturunun pilot layihəsi
və müvafiq tövsiyələri
özündə əks etdirən Orta əsr
Ağsu şəhəri Arxeoloji
Turizm Kompleksinin inklüziv turizm layihəsi
hazırlanıb. Həmçinin “Arxeoloji
abidələrin inklüziv turizm perspektivləri və əlillərin
reabilitasiyasına dəstək” tövsiyələr kitabı
tərtib edilib.
Mədəniyyət.- 2015.- 26
avqust.- S. 7.