“Altay
qızıl beşikdir” beynəlxalq
ekspedisiyası başa çatıb
Şərqi Qazaxıstan vilayətinin Katon-Karaqay rayonu ərazisindəki Karakaba düzənliyində Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə keçirilən “Altay qızıl beşikdir” adlı birinci beynəlxalq arxeoloji ekspedisiya başa çatıb.
Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) dəstəyi ilə avqustun 19-dan 21-dək davam edən ekspedisiyanın işində A.Marqulan adına Arxeologiya İnstitutu, Qırğızıstan-Türkiyə Manas Universiteti və Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin mütəxəssisləri, xarici və yerli KİV nümayəndələri iştirak ediblər. Üçgünlük ekspedisiyada Azərbaycanı Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi əməkdaşı Tahir Şahbazov təmsil edib.
Karakabedə dörd kompleks dəfn yeri aşkar edən arxeoloqlar yeni artefaktlar tapıblar. Beynəlxalq Türk Akademiyasının alimləri qədim türk dövrünə aid olduğu təxmin edilən bu tapıntıları öyrənməyə davam edəcəklər.
Xarici qonaqlar
bütün türk
xalqlarının qızıl beşiyi
adlandırılan Altaya ekspedisiya
barədə təəssüratlarını və fikirlərini
bölüşüblər. Akademiyanın kitabxanasında
keçirilən yekun iclasında Bumın
xaqan, Bilgə xaqan,
habelə Gültəkinin dərin iz
qoyduqları Monqolustanda gələn il ekspedisiya keçirmək
barədə qərar qəbul edilib.
Monqolustandakı “Şivet Ulan”
kompleksində tədqiqat işlərini davam
etdirmək barədə də razılıq əldə olunub. Akademiyanın prezidenti
Darhan Kıdralı bildirib
ki, beynəlxalq ekspedisiya
hər il ənənəvi formatda keçiriləcək.
Mədəniyyət.- 2015.- 26
avqust.- S. 6.