Universitetlərin
əməkdaşlığı
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Türkiyənin Avrasiya Universiteti
arasında əməkdaşlığa dair
müqavilə imzalanıb. Bununla əlaqədar
Türkiyənin Avrasiya Universitetinin
rektoru, professor
Aşkın Asanın rəhbərlik etdiyi
nümayəndə heyəti ATMU-da olub.
Universitetin rektoru, professor Cəfər Cəfərov qonaqlara rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti, o cümlədən beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.
Müqavilədə müəllimlərin, bakalavr və magistratura pillələrində təhsil alan tələbələrin mübadiləsi, doktorantura pilləsi üzrə ikili dərəcə proqramlarının yaradılması, konfrans, simpozium və seminarların keçirilməsi, birgə elmi tədqiqat layihələrinin təşkili, elmi-metodik ədəbiyyatların, elmi araşdırma menecmentinə əsaslanan təhsil və peşə təcrübəsinin mübadiləsi əksini tapıb.
Bakı Slavyan Universiteti (BSU) də Türkiyənin Avrasiya Universiteti ilə əməkdaşlıq
edəcək. Sənədi BSU-nun rektoru, professor
Asif Hacıyev və Avrasiya Universitetinin rektoru,
professor Aşkın Asan
imzalayıb. Sənəddə birgə elmi
araşdırmaların aparılması,
elmi tədbirlərin təşkili, müştərək
elmi məcmuələrin
hazırlanması və
nəşri, tərəflərin
elmi-metodik ədəbiyyatla
qarşılıqlı təminatı,
tələbə və
müəllim mübadiləsi
nəzərdə tutulur.
Mədəniyyət.- 2015.- 26 avqust.- S.
4.