Ölkəmiz
“Şərq təranələri” beynəlxalq musiqi
festivalında təmsil olunur
Avqustun 25-də Özbəkistanın Səmərqənd şəhərində "Şərq təranələri" beynəlxalq musiqi festivalı başlanıb. UNESCO-nun iştirakı ilə iki ildən bir keçirilən nüfuzlu musiqi tədbirində dünyanın 80-dən çox ölkəsinin musiqiçiləri iştirak edir. Azərbaycan musiqiçiləri "Şərq təranələri" festivalında daim uğurlu iştirak ediblər. Ötən illərdə dünya şöhrətli xanəndə Alim Qasımov, tanınmış muğam ifaçıları Simarə İmanova, Zabit Nəbizadə, Aygün Bəylər, Qoçaq Əskərov və Arzu Əliyevanın çıxışları yüksək qiymətləndirilib.
Bu il
"Şərq təranələri" festivalında ölkəmizi
Əməkdar artist, gənc xanəndə
Təyyar Bayramovun rəhbərlik etdiyi "Buta" musiqi qrupu təmsil edir. Xanəndəni əməkdar
artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədov
(kamança) müşayiət edəcək.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzindən verilən məlumata
görə, 10-cu dəfə keçirilən festivalın yubiley tədbirlərinə fəxri qonaq kimi ötən illərdə
Qran-pri mükafatına layiq
görülmüş müğənnilər
dəvət alıblar. Azərbaycandan yubiley
tədbirlərində "Şərq təranələri"nin
ilk iştirakçısı və Qran-pri mükafatçısı (1997) Xalq artisti Simarə İmanova fəxri qonaq kimi iştirak edir. Festival çərçivəsində
"Ən yaxşı milli musiqi və musiqi alətlərini
ifa edənlər" arasında
müsabiqə, habelə elmi-nəzəri konfrans
da keçiriləcək. Konfransda
Azərbaycandan musiqişünas alimlər
Lalə Hüseynova və Zümrüd
Dadaşzadə musiqi sahəsinin aktual məsələlərinə dair məruzə ilə çıxış
edəcəklər.
Mədəniyyət.- 2015.- 26
avqust.- S. 2.