“Azərbaycan – doğma yurdum”
Lerik Dövlət Rəsm Qalereyasında gənc müəllifin sərgi
Avqustun 25-də Lerik
Dövlət Rəsm Qalereyasında “Azərbaycan – doğma yurdum” adlı hərbi-vətənpərvərlik
mövzusunda sərgi keçirilib.
Qalereyanın direktoru Mükafat Yaqubovun verdiyi məlumata görə, sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin III kurs tələbəsi Əbdül Vahablının əl işləri nümayiş olunub. Müəllifin heykəltəraşlıq, rəngkarlıq və dekorativ işlərindən ibarət nümunələr tamaşaçıların marağına səbəb olub.
Ekspozisiyada 50-dən çox sulu boya, qrafika, rəngkarlıq, dekorativ tətbiqi-sənət əsərlərindən ibarət ağac üzərində oyma, şəbəkə, muncuqla bəzəmə, balıqqulağı ilə kompozisiyaları və heykəltəraşlıq nümunələri yer alıb. Əl işlərində vətənə məhəbbət, doğma yurda bağlılıq, qəhrəmanlıq, şanlı tariximiz əksini tapıb.
Əbdül Vahablı məktəbdə oxuduğu illərdən dekorativ tətbiqi-sənətlə məşğul olub və bu maraq onu Rəssamlıq Akademiyasına aparıb. Ağac üzərində oyma, şəbəkə, rəngkarlıq və digər janrlarda əsərlər yaratmağı hələ uşaq ikən mənimsəyib. Akademiya təhsili isə ona heykəltəraşlığın sirlərini öyrənməkdə kömək edir.
Rayon ictimaiyyəti, məktəblilər
üç gün davam edən sərgiyə həvəslə
baxıb və gözəl təəssüratla
ayrılıblar.
Mədəniyyət.- 2015.- 28
avqust.- S. 8.