"Yurdum, yuvam, məskənimsən"
layihəsi çərçivəsində növbəti konsert
Lənkəran
Mədəniyyət Mərkəzinin yeni tədris
ili ərəfəsində həyata keçirdiyi "Yurdum, yuvam, məskənimsən - Azərbaycanım!"
adlı layihəyə “Addım” Gənclər Təşkilatı
və Gənclər üçün Təhsil
Mərkəzi qatılıb. Layihənin məqsədi milli-mədəniyyət
nümunələrimizi təbliğ etmək və gənclərdə
vətənpərvərlik hissini daha da gücləndirməkdir.
Layihə çərçivəsində növbəti tədbir Lənkəran rayonunun Nərimanabad qəsəbəsində və Şağlaser kəndində təşkil olunub. Tədbirdə Lənkəran Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, “Addım” Gənclər Təşkilatının rəhbəri Hüseyn Cavadzadə çıxış ediblər.
Sonra Lənkəran Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı sakinlərə təqdim olunub. Konsert proqramı Azərbaycanı Bolqarıstanda keçirilən “Discovery İnternational Pop Festival”da təmsil edən müğənni Tofiq Hacıyevin ifası ilə başa çatıb.
Tədbirdə orta məktəb
şagirdlərinə dərs ləvazimatları və hədiyyələr
verilib.
Mədəniyyət.- 2015.- 28
sentyabr.- S. 6.