Nağıllar aləminə səyahət

Avqustun 25-də Tərtər rayon Mərkəzi kitabxanasının uşaq şöbəsində "Nağıl otağı"nın açılışı olub. Tədbirdə 1 saylı uşaq bağçasının körpə fidanları iştirak ediblər.

 

MKS-nin direktoru U.Qurbanova iştirakçıları salamlayaraq körpələrin yaradılan nağıllar aləmində xoş anlar keçirmələrini arzulayıb. Uşaqlar otaqla tanış olduqdan sonra ömrünün çoxunu kitabxanaya həsr edən Cəmilə nənə körpələrə "Göyçək Fatma" və "Tıq-tıq xanım" nağıllarını danışıb. Doyunca deyib-gülən, oynayan uşaqlar nənənin nağıllarını çox bəyəniblər.

 

Mədəniyyət.- 2015.- 28 avqust.- S. 6.