Azərbaycan və
Misir ədəbi əlaqələri
müzakirə olunub
Bakıdakı Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami əl-Aydi Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri, şair Vaqif Bəhmənli ilə görüşüb.
Misir Mədəniyyət Mərkəzində keçirilən görüşdə qurumun yaranma tarixi və fəaliyyətindən söz açılıb. Söhbət zamanı iki ölkə yazıçılarının hekayələrinin birgə antologiyasının hazırlanması, yazıçı və şairlərin qarşılıqlı səfərlərinin təşkili, Azərbaycan və Misir uşaq kitabxanaları ilə birlikdə “Dost kitabxana” çərçivəsində tədbirlərin keçirilməsinə dair təkliflər səslənib. Azərbaycan və Misir şairlərin yaradıcılıq gecələrinin keçirilməsi təklifi də irəli sürülüb.
Vaqif Bəhmənli Mədəniyyət
və Turizm Nazirliyinin
nəşr etdirdiyi bir
neçə kitabı Misir Mədəniyyət
Mərkəzinin müdirinə hədiyyə edib.
Mədəniyyət.- 2015.- 28
avqust.- S. 5.