İSESCO nümayəndə heyəti ilə görüş

 

Avqustun 27-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İSESCO nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyətinə İSESCO İcraiyyə Şurası katibliyi, Baş KonfransXüsusi Nazirlər Konfranslarının direktoru Məhəmməd Qemari rəhbərlik edirdi.

Görüş zamanı bu ilin 23-27 noyabr tarixlərində Bakıda keçiriləcək İSESCO İcraiyyə Şurasının 36-cı sessiyası və 12-ci Baş Konfransın təşkilati məsələləri müzakirə edilib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən islam dünyasında həmrəyliyə, əməkdaşlığın inkişafına və islam mədəni irsinin qorunmasına göstərilən xüsusi diqqət vurğulanıb.

Qeyd edilib ki, konfransda İSESCO-ya üzv olan bütün ölkələrdən nazirlər və islam dünyasının nüfuzlu beynəlxalq qurumlarının rəhbərləri iştirak edəcək.

Yekunda sözügedən tədbirlərin təşkili ilə bağlı tələbləri əks etdirən sənəd imzalanıb.

 

Mədəniyyət.- 2015.- 28 avqust.- S. 2.