Konqreslər
Bürosu Şərqi Avropa Forumunda təmsil olunub
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində, dövlət və özəl sektorun əməkdaşlığı əsasında fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu (AKB) artıq dördüncü dəfədir ki, M&I Forumunda təmsil olunub.
22-26 noyabr tarixində Avstriyanın paytaxtı Vyanada keçirilən tədbirdə Konqreslər Bürosunun beynəlxalq satış və marketinq üzrə meneceri Ayan Zeynalova iştirak edib.
M&I Şərqi Avropa, Körfəz və
Hindistan Forumu bu dəfə dünya görüşlər sənayesi
bazarının ən nüfuzlu və aparıcı üzvlərini,
150-dən çox alıcını və 70 təchizatçını
bir araya gətirib. M&I forumları görüşlər sənayesi
bazarı iştirakçılarına ixtisaslı
alıcılar ilə əlaqə yaratmağa və təkbətək
görüş və iclasların keçirilməsinə
imkan verir. Tədbir çərçivəsində AKB
adından peşəkar alıcılarla 60-dan çox
planlaşdırılmış görüş keçirilib.
Mədəniyyət.- 2015.- 2
dekabr.- S. 9.