"Gəncə-2016"
avropalı gənc yazarların hekayələrində"
“Odlar Yurdu” Gənclər İctimai Birliyi 2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilmiş Gəncə şəhərində beynəlxalq layihə həyata keçirir. Azərbaycan Gənclər Fondunun dəstəyi ilə, Mədəniyyət və Turizm Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və şəhər Gənclər və İdman Baş İdarəsinin iştirakı ilə gerçəkləşən layihənin məqsədi “Gəncə 2016 - Avropa Gənclər Paytaxtı” statusunun təbliğ olunmasıdır.
Noyabrın 26-da Gəncə şəhərində keçirilən layihənin açılış mərasimində Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyov, millət vəkili Pərvin Kərimzadə, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Sənan Hacıyev və digər rəsmilər iştirak ediblər. Layihəyə 13 ölkədən 35 gənc yazar, jurnalist, bloqçu və fəal dəvət olunub.
"Odlar Yurdu" Gənclər İctimai
Birliyinin sədri Nigar Ələsgərovanın sözlərinə
görə, gənc fəallar çəkdikləri fotolar,
hekayə və məqalələri vasitəsilə Gəncə
şəhərinin təbliğinə xidmət etmiş
olacaqlar. Layihə iştirakçıları 5 gün müddətində
müxtəlif görüşlər və təqdimatlarda
iştirak edərək, ekskursiya və gəzintilərdə Gəncənin
tarixi, Avropa Gənclər Paytaxtı seçilməsi və s.
haqqında ətraflı məlumat alacaqlar. Onlara xarici dillərdə
müxtəlif nəşrlər təqdim olunacaq. Layihənin
son günündə (1 dekabr) gənclər yazdıqları
hekayələri, məqalə və bloqları təqdim ediblər.
Hər bir iştirakçı öz təəssüratını
və yazdığı məqalələri idarə etdiyi xəbər
saytlarında, bloq və sosial şəbəkələrdə
yayacaqlar.
Mədəniyyət.- 2015.- 2
dekabr.- S. 8.