Xüsusi
qayğıya ehtiyacı olanlar üçün konsertlər
Dekabrın 3-də Heydər Əliyev Sarayında Beynəlxalq Əlillər Gününə həsr olunmuş konsert keçiriləcək. Konsertdə Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artist Səlim Abbasov (skripka), müğənnilər Bahar Lətifqızı, Mirkamil Kamilov, Vüsalə Əsgərova, Eldəniz Məmmədov, Şəhla Həmidova, İlahə İbadova, Elvin Abdullayev, Elcan Rzayev, Kəmalə Nəsibova və fiziki qüsurlu istedadlı ifaçılar Murad Sadıq, Minayə Şirinova, Polad Həsənov, Kifayət Mikayılova, Vüsalə Əliyeva, Xatirə Hacıyeva, Məhəmməd Abışov, Rövşən Manafov, Ağaməli Niftəlizadə, Gülnaz Talıbova sevilən ifalarını səsləndirəcəklər. Müğənniləri Əsəd Əliyevin rəhbərliyi ilə fiziki qüsurlulardan ibarət “Duyğu” xalq çalğı alətləri ansamblı müşayiət edəcək.
Qeyd edək ki, əhalinin xüsusi qayğıya ehtiyacı olan qruplarından biri kimi fiziki qüsurlu, əlil və kimsəsiz uşaqlar da Heydər Əliyev Sarayının diqqətindən kənarda qalmır.
Sarayın dəstəyi ilə noyabrın 16, 17, 22, 24 və 26-da 1 nömrəli psixonevroloji sosial müdafiə mərkəzində, Daun sindromlu şəxslərin assosiasiyasında, 1 nömrəli fiziki imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində, 7 nömrəli uşaq nevroloji sanatoriyasında və 8 nömrəli sanatoriya tipli internat məktəbində növbəti səyyar konsertlər keçirilib.
Səyyar konsertlərdə Əməkdar artist
Səlim Abbasov, gənc və istedadlı müğənnilər
Şəhla Həmidova, Vüqar Qarabağlı, Telman Kərimov,
Nicat Cəfərzadə və digər ifaçılarla
yanaşı, “Şarm” qrupu da iştirak edib. Səsləndirilən
aşıq havaları, xalq və bəstəkar
mahnıları, estrada ifaları uşaqların
zövqünü oxşayıb.
Mədəniyyət.- 2015.- 2
dekabr.- S. 7.