Mədəniyyət
və turizm naziri İranın təhsil naziri ilə
görüşüb
İki ölkənin dahi şəxsiyyətlərinin, mənəvi irsinin təbliğ olunması müzakirə edilib
Noyabrın 27-də
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
ölkəmizdə səfərdə olan İranın təhsil naziri Əliəsgər
Faninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşüb.
Görüşdə iki ölkə arasında təhsil və mədəniyyət sahəsində əlaqələrin inkişafından söhbət açılıb. Əbülfəs Qarayev iranlı nazirin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfərindən məmnunluğunu ifadə edib.
Öz növbəsində iranlı nazir Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Baş Konfransının 12-ci sessiyasının yüksək səviyyədə təşkili ilə bağlı Azərbaycan hökuməti tərəfindən görülən işləri müsbət dəyərləndirərək təşəkkürlərini bildirib.
Görüş zamanı birgə həyata keçiriləcək layihələr və tədbirlərlə bağlı məsələlərə toxunulub, iki ölkənin dahi şəxsiyyətlərinin, mənəvi irsinin, müştərək mirasının qorunması və təbliğ olunması müzakirə edilib.
Həmçinin qeyd olunub ki, bu sahədə
işlərin görülməsi baxımından İSESCO təşkilatının
rolu əvəzsizdir. İSESCO-nun Bakı
toplantısının elm, təhsil və mədəniyyətin
müxtəlif sahələri üzrə məsələlərin
müzakirə olunması baxımından əhəmiyyəti
xüsusi vurğulanıb.
Mədəniyyət.- 2015.- 2
dekabr.- S. 6.