“XX əsr Şəki
ədəbi-mədəni mühiti” kitabının təqdimatı
Şəki şəhər İ.S.Nakam adına Mərkəzi kitabxanada Azərbaycan Dövlət Pedaqoji Universiteti Şəki filialının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinovun “XX əsr Şəki ədəbi-mədəni mühiti” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri MKS-nin direktoru Seyid Vahabov açaraq tədqiqatçı
haqqında məlumat verib. Bildirib ki, Kamil Adışirinov
1960-cı ildə Şəkinin Oxud kəndində ziyalı
ailəsində dünyaya göz açıb. Bakı Dövlət
Universitetini bitirib. XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərində
Şəkidə yaşayıb-yaratmış İsmayıl bəy
Nakamın həyat və yaradıcılığına həsr
olunmuş dissertasiya müdafiə edib. Alim beş kitab və
30 elmi məqalənin müəllifidir.
Çıxışlarda nəşrin XX əsrdə Şəkidə
ədəbi-mədəni mühitini öyrənmək istəyənlər
üçün əhəmiyyətli mənbə olduğu bildirilib.
Mədəniyyət.- 2015.- 4
dekabr.- S. 15.