“Müasir Azərbaycan ədəbiyyatı” antologiyası Moskvada çap olunub

 

Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin ikicildlik “Müasir Azərbaycan ədəbiyyatı” (nəsr və poeziya) antologiyası işıq üzü görüb.

Tərcümə Mərkəzindən bildirilib ki, Moskvada nəşr olunmuş ikicildlikdə Azərbaycanın məşhur yazıçı və şairləri ilə yanaşı, müasir ədəbi gəncliyin nümayəndələrinə də yer verilib.

İkicildlik, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə tanıdılması və təbliği ilə bağlı Tərcümə Mərkəzinin həyata keçirdiyi irimiqyaslı “Milli ədəbiyyatın təbliği” layihəsi çərçivəsində ərsəyə gəlib. Hər iki kitabın “Ön söz” müəllifi Rusiya Yazıçılar Birliyinin sədr müavini, tanınmış yazıçı Valeri İvanov-Taqanskidir.

 

Mədəniyyət.- 2015.- 4 dekabr.- S. 12.