Məhtimqulunun
“Divan”ı Azərbaycan dilində
Böyük türkmən şairi Məhtimqulu
Fəraqinin “Divan”ı AMEA-nın Əlyazmalar İnstitutunda
saxlanan nüsxə əsasında ilk dəfə nəşr
edilib. Akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə
çap edilən əsəri filologiya elmləri doktoru
Paşa Kərimov, türkmən tədqiqatçıları
Rəhmanverdi Qodarov və Rəhimməmməd Kurenov müasir
əlifbaya transliterasiya edib, İsmixan Osmanlı türkmən
dilindən Azərbaycan dilinə çevirərək qeyd və
izahlar yazıb. Nəşrin rəyçiləri akademik Teymur
Kərimli, Türkmənistan EA-nın müxbir üzvü
Annaqurban Aşırov və professor Məmməd Əliyevdir.
Mədəniyyət.- 2015.- 4
dekabr.- S. 12.