Elm və təhsilin
vəhdəti
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti elm müəssisələri ilə əməkdaşlığa mühüm diqqət ayırır. Bu, tələbələrin elmi araşdırmalara həvəsləndirilməsi və dünyagörüşünün düzgün istiqamətdə formalaşdırılması baxımdan əhəmiyyət kəsb edir.
Tələbələr Azərbaycan ədəbiyyatı və mətnşünaslıq fənlərini AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda əyani vəsaitlərlə daha dərindən öyrənirlər.
Bugünlərdə rəssamlıq sənəti fakültəsinin bir qrup tələbəsi professor Gülşən Əliyeva-Kəngərlinin rəhbərliyi ilə Əlyazmalar İnstitutunun ekspozisiya zallarında qədim əlyazma nüsxələri ilə tanış olublar. Mətnşünaslıq fənninin tədrisi çərçivəsində keçirilən dərsdə nəfis miniatürlərlə bəzədilmiş əlyazmalar tələbələrdə böyük maraq doğurub. İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov tələbələrə qədim əlyazmalar barədə məlumat verib.
Tələbələr əlyazmaların
saxlanma şəraiti və bərpası prosesi ilə
maraqlanıb, bərpa laboratoriyasında əməkdaşların
iş təcrübəsi ilə də tanış olublar. Azərbaycanın
zəngin miniatür sənətinə aid kolleksiyalarla
tanışlıq onlarda zəngin təəssürat
yaradıb.
Mədəniyyət.- 2015.- 4
dekabr.- S. 10.