Gənc
istedadların Daşkənd müsabiqəsində uğuru
Noyabrın 30-da Özbəkistanın paytaxtı Daşkənddə "İstedad" beynəlxalq yaradıcılıq müsabiqəsi başa çatıb. "Kainat" Gənclik Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə bu layihədə Azərbaycan da təmsil olub. Öz məharəti ilə geniş tamaşaçı kütləsini valeh edən 12 yaşlı muğam ifaçısı Murad İbrahimov münsiflər heyətinin yekdil qərarı ilə ənənəvi musiqi nominasiyası üzrə 1-ci yerə layiq görülüb. Müsabiqənin yekununda təmsilçimiz ansamblın müşayiəti ilə "Qarabağ şikəstəsi"ni məharətlə ifa etməklə auditoriyanı ayağa qaldırıb.
Xatırladaq ki, Murad "Kainat" Gənclik Mərkəzinin bu yaxınlarda keçirdiyi 7-ci Beynəlxalq Uşaq Muğam Festivalının "Qran-pri" mükafatçısıdır.
Daşkənddəki yaradıcılıq müsabiqəsində digər təmsilçimiz Mədinə Ağayeva fortepiano sinfi üzrə xüsusi diplomla təltif olunub.
Azərbaycanın gənc istedadlarının
uğuru yerli media tərəfindən də geniş
işıqlandırılıb. Nümayəndə heyətimiz
festival çərçivəsində təşkil olunan
ustad dərslərində də fəal iştirak edib.
Festivalın bağlanış mərasimində beynəlxalq tərkibli
münsiflər heyəti adından Azərbaycan nümayəndə
heyətinin rəhbəri, "Kainat" Gənclik Mərkəzinin
direktoru Rahib Rəsulzadə çıxış edib.
Mədəniyyət.-2015.- 4 dekabr.- S. 10.