Efiopiya ilə əməkdaşlıq
imkanları müzakirə edilib
Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev bu ölkənin yeni təyin olunmuş mədəniyyət və turizm naziri xanım Aişə Musa ilə görüşüb.
Səfir nazirə Azərbaycan haqqında məlumat verib. O, Azərbaycanın turizm sahəsində əldə etdiyi uğurlardan söhbət açıb, regionun ən qədim və zəngin maddi-mədəni, dini abidələrinin ölkəmizin ərazisində yerləşdiyini diqqətə çatdırıb. Səfir bir çox mötəbər tədbirlərə ev sahibliyi edən Azərbaycanın mühüm beynəlxalq mərkəzə çevrildiyini vurğulayıb.
Nazir Aişə Musa ölkəsinin Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu, həm turizm, həm də mədəniyyət sahələrində əməkdaşlığın həyata keçirilməsi üçün böyük potensialın mövcud olduğunu bildirib.
Görüşdə əlaqələrin
inkişafı üçün qarşılıqlı səfərlərin
həyata keçirilməsinin, təcrübə mübadiləsi
aparılmasının və müqavilə-hüquq
bazasının yaradılmasının vacibliyi qeyd edilib.
Mədəniyyət.- 2015.- 4
dekabr.- S. 9.