“Sanki kosmosdayam”

 

Latviyalı rəssamın Bakı təəssüratı

 

Xəbər verildiyi kimi, Bakıdakı Heydər Əliyev Mərkəzində latviyalı rəssamların sərgisi açılıb. İki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş sərgidə Latviya Rəssamlıq Akademiyasının rektoru Aleksey Naumov, akademiyanın müəllimləri Kristap Zarinş və Andris Vitolinşin 30-dək əsəri yer alıb.

Tanınmış rəssam Aleksey Naumov Baltikyanı ölkələrdən ilk dəfə latviyalı fırça ustalarının əl işlərinin Heydər Əliyev Mərkəzində sərgilənməsinin əlamətdar hadisə olduğunu bildirib.

Dünyanın müxtəlif guşələrində səfərdə olan rəssam təəssüratlarını hökmən kətan üzərinə köçürür. O deyib: “Bakıda bu unikal tikilini təsvir etməyə bilməzdim. Hazırda bizim işlərimizin nümayiş etdirildiyi Heydər Əliyev Mərkəzi kosmosu xatırladır və biz özümüzü kosmosda olduğu kimi hiss edirik”.

 

Mədəniyyət.- 2015.- 4 dekabr.- S. 8.