Milli Dram Teatrının direktoru beynəlxalq konfransda iştirak edib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib. O, beynəlxalq tədbirdə “Teatr öldü, yaşasın teatr” adlı mühazirə ilə çıxış edib, müasir teatrın uğurları, problem və perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb. Konfransda teatr direktorunun tələbə və magistrantlar üçün ustad dərsləri də təşkil olunub, “Teatr sənəti - dünən, bu gün, sabah” mövzusunda mühazirəsi dinlənilib.

Beynəlxalq tədbir çərçivəsində İ.İsrafilov Qazaxıstan teatrlarının rəhbərləri ilə gələcək əməkdaşlıqla bağlı danışıqlar aparıb, qarşılıqlı yaradıcı bəhrələnmənin perspektivlərini müzakirə edib.

Qeyd edək ki, beynəlxalq konfrans Qazaxıstan Milli İncəsənət Akademiyasının təşkilatçılığı ilə baş tutub.

 

Mədəniyyət.- 2015.- 4 dekabr.- S. 6.