Milli Kitabxana beynəlxalq
konqresdə təmsil olunub
Azərbaycan Milli Kitabxanasının kitabxanaşünaslıq elmi tədqiqat şöbəsinin müdiri Aygün Hacıyeva Qazaxıstanın paytaxtı Astanada keçirilən Beynəlxalq Oxu Konqresində iştirak edib.
Qazax xanlığının 550 illiyi münasibətilə keçirilən konqresdə müxtəlif ölkələrdən ictimai-siyasi, mədəni, təhsil və elm xadimləri, milli kitabxanaların nümayəndələri qatılıb.
Tədbirdə çıxış edən Qazaxıstanın mədəniyyət və idman naziri Arıtsanbek Muxamediuli kitabxanaçılıq sahəsində qonşu dövlətlərlə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini, bu sahədə təcrübə mübadilələrinin vacibliyini vurğulayıb. Nazir tədbirdə iştirak edən yazıçıları, həmçinin konqresdə təmsil olunan kitabxanaları medal və diplomlarla mükafatlandırıb.
Beynəlxalq konqresdə Qazaxıstan, Azərbaycan,
Qırğızıstan, Rusiya, Çin və Türkiyədə
mütaliə mədəniyyəti, kitab mədəniyyətinin
vəziyyəti ilə bağlı nəzəri və təcrübi
problemlər müzakirə edilərək, regional və beynəlxalq
əməkdaşlığın perspektivləri mövzusunda
fikir mübadiləsi aparılıb.
Mədəniyyət.- 2015.- 4
dekabr.- S. 5.