Braziliyada Azərbaycan
filmlərinin nümayişi
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və ölkəmizin Braziliyadakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin Porto Aleqre şəhərindəki “Santander Cultural” mədəniyyət mərkəzində Azərbaycan bədii filmlərinin nümayişi keçirilib.
Yerli tamaşaçılar qarşısında çıxış edən səfir Elnur Sultanov ölkəmizin zəngin mədəniyyəti və milli kinematoqrafiyası haqqında məlumat verib.
Dekabrın 2-dək davam edən kino proqramında “Buta”, “O olmasın, bu olsun”, “Təhminə”, “Çölçü”, “Dərvişin qeydləri”, “40-cı qapı” - ümumilikdə 14 Azərbaycan filmi yer alıb. Ekran əsərləri portuqal dilində altyazılarla nümayiş olunub.
Filmlərimiz yerli tamaşaçıların
böyük marağına səbəb olub. Layihə Azərbaycan
kinematoqrafiyasının Braziliyada təbliğinə, iki
ölkə arasında mədəni əlaqələrin
genişləndirilməsinə dəyərli töhfə olub.
Mədəniyyət.- 2015.- 4
dekabr.- S.3.