Elmi-Metodik Mərkəz tərəfindən regional monitorinq keçirilib

 

Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin Bədii təhsil şöbəsinin baş metodisti Rauf İmanov və metodist Zəbulla Quliyev 1-3 dekabr tarixində uşaq musiqi, incəsənət və orta ümumtəhsil məktəbləri arasında monitorinqin keçirilməsi məqsədilə Hacıqabul şəhərinə ezam olunublar.

Monitorinqdə Hacıqabuldakı 1, 8, 9, 10 saylı ümumtəhsil orta məktəblərinin, həmçinin Şirvan, Salyan, Sabirabad, Saatlı, Neftçala şəhər və rayon uşaq musiqi və incəsənət məktəblərinin direktorları iştirak ediblər.

Tədbirdə məktəblər arasında əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb. Məktəblərin direktorlarına Elmi-Metodik Mərkəz tərəfindən görülən işlər barədə məlumat verilib, yeni tədris proqramları və metodiki vəsaitlər təqdim edilib. Bu qəbildən tədbirlərin mütəmadi olaraq keçiriləcəyi diqqətə çatdırılıb.

 

Mədəniyyət.- 2015.- 4  dekabr.- S. 3.