Qaziantep şəhərində azərbaycanlı rəssamın sərgisi

 

Türkiyənin Qaziantep şəhərindəki “Sanko Park Sanat” qalereyasında tanınmış azərbaycanlı rəssam Məhəmməd Əliyevin fərdi sərgisi açılıb.

Dekabrın 17-dək davam edəcək sərgidə Qaziantep Universitetinin müəllimi olan soydaşımızın 24 yağlı boya və 17 qrafika əsəri nümayiş olunur.

O deyib: “Həyatımın acılı-şirinli məqamlarını, o cümlədən Vətənimin gözəlliyini əsərlərimdə təsvir etməyə çalışıram. Xalqımızın Azərbaycanın ayrılmaz dilbər guşəsi olan Dağlıq Qarabağa tükənməz sevgisini tablolarda tərənnüm etməkdən isə xüsusi zövq alıram”.

Qeyd edək ki, Məhəmməd Əliyevin Qarabağ hadisələrinə, həmçinin Xocalı soyqırımına aid işləri dəfələrlə Türkiyədəki sərgilərdə nümayiş olunub.

 

Mədəniyyət.- 2015.- 9 dekabr.- S.  16.