Əməyə
verilən qiymət
Qazax rayon MKS-nin direktoru Solmaz Babanlı kitabxana-informasiya sahəsində səmərəli fəaliyyətinə görə və 60 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə mükafatlandırılıb. Solmaz Babanlı 1976-cı ildə BDU-nun kitabxanaçılıq fakültəsini bitirib. Həmin ildən Qazax Rayon Mədəniyyət Şöbəsində müxtəlif vəzifələrdə çalışıb.
Dekabrın 2-də Mədəniyyət və
Turizm Şöbəsinin təşkilatçılığı
ilə Mərkəzi kitabxanada tədbir keçirilib.
Şöbənin müdiri Valeh Vəliyev yubileyi münasibətilə
Solmaz Babanlıya təbriklərini çatdırıb. Mədəniyyət
İşçiləri Həmkarlar İttifaqı Qazax rayon
komitəsinin sədri İsgəndər Qurbanov qurumun fəxri
fərmanını və hədiyyəsini yubilyara təqdim
edib.
Mədəniyyət.- 2015.- 9
dekabr.- S. 15.