“Oxuyaq, öyrənək”
Ağstafa rayon MKS uşaq bağçaları
ilə birlikdə “Oxuyaq, öyrənək” devizi altında tədbirlər
keçirir. Tədbirlərin məqsədi uşaqlarda
mütaliə mədəniyyətinin
formalaşdırılması, uşaq ədəbiyyatının
təbliğidir. Layihə çərçivəsində Mərkəzi
kitabxananın uşaq şöbəsi tərəfindən
“Nağıllar aləmi” adlı sərgi hazırlanıb.
Uşaqlar müxtəlif Azərbaycan nağılları əsasında
səhnəciklər göstərib, şeirlər səsləndiriblər.
Sonda balacalara hədiyyələr təqdim olunub. Tədbirlərin
kəndlərdə də keçirilməsi nəzərdə
tutulub.
Mədəniyyət.- 2015.- 9
dekabr.- S. 15.