“21 Azər” hərəkatının 70 illiyi qeyd olunub

 

Dekabrın 2-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “21 Azər - 70” mövzusunda elmi konfrans keçirilib.

İnstitutun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva 1945-ci il dekabrın 12-də Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qələbə çalmış milli-azadlıq hərəkatının tarixdəki yeri və rolundan, məqsəd və məramından bəhs edib.

AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsini icra edən, akademiyanın müxbir üzvü Nərgiz Axundova “21 Azər” hərəkatı ilə bağlı Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatları yüksək dəyərləndirib.

İnstitutun aparıcı elmi işçisi Əkrəm Rəhimli, baş elmi işçi, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi, şöbə müdirləri Vidadi Mustafayev, Səməd Bayramzadə və digər alimlər məruzə ilə çıxış edərək mövzuya dair fikirlərini bölüşüblər.

 

Mədəniyyət.- 2015.- 9 dekabr.- S. 14.