Bakı metrosunda
canlı musiqi
“Bakı Metropoliteni” QSC son dövrlərdə həyata keçirdiyi sosial layihələrlə ictimaiyyətin diqqətini çəkir. Bir neçə ay öncə rəsm və foto əsərlərin sərgisi təşkil olunmuş metropolitendə bu dəfə canlı musiqi səsləndirilir. Layihənin məqsədi dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyinə töhfə verərək, bu hadisəyə ictimaiyyətin diqqətini cəlb etmək və sərnişinlərə xoş ovqat, yüksək əhval-ruhiyyə bəxş etməkdir.
Hər həftənin cümə və şənbə
günləri olmaqla, layihə dekabr ayının sonuna kimi
davam edəcək. Cümə günləri “28 May”, şənbə
günləri isə “İçərişəhər” metro
stansiyalarında Azərbaycan Milli Konservatoriyası və
Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının tələbə və məzunlarının
ifasında sərnişinlərə canlı musiqi nümunələri
təqdim olunacaq.
Mədəniyyət.- 2015.- 9
dekabr.- S. 10.