Aşıq Şəmşir” Mədəniyyət Ocağı UNESCO-da akkreditasiyadan keçib

 

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin qeyri-hökumət təşkilatı olaraq UNESCO-da akkreditasiya üçün müraciətinə müsbət rəy verilib. UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin bu günlərdə Namibiyanın Vindhuk şəhərində keçirilən 10-cu sessiyasında ictimai birliyin müraciətinin “Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiya”nın tələblərinə cavab verdiyinə dair qərar qəbul edib və qurumun akkreditasiyadan keçirilməsi tövsiyə edilib.

Akkreditasiyadan keçən təşkilatlar UNESCO-da məsləhətçi statusu qazanır və bu təşkilatla birgə dünyada mədəni irsin qorunması istiqamətində sıx əməkdaşlıq edir. Hökumətlərarası Komitənin 10-cu sessiyasında qəbul edilən qərarlar 2016-cı ilin iyununda UNESCO-ya üzv dövlətlərin Baş Assambleyasında təsdiq edildikdən sonra qüvvəyə minəcək.

 

Mədəniyyət.- 2015.- 9 dekabr.- S. 2.